İnsan haqları təşkilatları Şeyx Əli Salman barədə çıxarılan məhkəmə qərarını pisləyiblər

İnsan haqları təşkilatları bəhreynli hüquq müdafiəçisi, milli-islami Vifaq hərəkatının baş katibi Şeyx Əli Slman barədə çıxarılan məhkəmə qərarına etiraz ediblər.
Maide.az xəbər verir ki, Əl-Aləm kanalının məlumatına görə, Bəhreyn İnsan Haqları Mərkəzi, Bəhreynin Hüquq və Demokratiya Mərkəzi, Qlobal Söz Azadlığını Müdafiə Şəbəkəsi və Bəhreyndə Amerikalıların Demokratiya və İnsan Haqları Təşkilatı Bəhreyn məhkəməsinin Şeyx Əli Salman barədə çıxartdığı 4 il həbs qərarını siyasi qərar adlandırıb və bildiriblər ki, bu kimi qərarların olduğu yerdə ölkədə islahatların aparılmasına ümidvar olmaq olmaz. 
İnsan haqları təşkilatları Şeyx Əli Salman barədə çıxarılan qərarı beynəlxalq öhdəliklər ilə zidd adlandırıb və bildiriblər ki, bu məhkəmə qərarı əslində Ali-Xəlifə rejiminin Bəhreynin Vifaq cəmiyyətinin baş katibindən intiqam alması istiqamətində çıxarılmış bir qərardır. 
İnsan haqları təşkilatları Şeyx Əli Salman barədə çıxarılan məhkəmə qərarının icrasının durdurulmasını və onun dərhal azadlığa buraxılmasını , həmçinin Siyasi fəallara qarşı repressiyaların dayandırılmasını tələb ediblər. Bu təşkilatlar Ali-Xəlifə rejimindən tələb ediblər ki, siyasi fəalların söz və fəaliyyət azadlığını təmin edərək, onlara azad fəaliyyət şəraiti yaratsın. 
Bəhreyn məhkəməsi 16 iyun tarixində milli-islami Vifaq hərəkatının baş katibi Şeyx Əli Salman barədə 4 il həbs qərarı çıxartdı. 
Bəhreyn xalqı ötən bir neçə ay ərzində hər gün etiraz aksiyaları təşkil edərək, Şeyx Əli Salmana azadlıq tələb edib./

 

Google+ WhatsApp ok.ru