İnterpol Serbiya və Çernoqoriyanın keçmiş prezidentini axtarışa verib 16 May 2017 01:00 Dünya Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib Keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verilib. "Report" TASS-a istinadən xəbər verir ki, İnterpolun Podqoritsadakı Milli Bürosu məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib. Order daha əvvəl 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən Maroviçin cəzasını çəkməsi üçün ortaya çıxmaması ilə bağlı verilib. Qeyd edək ki, S.Maroviç sabiq ittifaq dövlətinin yarandığı 2003-cü ildən onun parçalandığı 2006-cı ilə qədər Serbiya və Çernoqoriyanın prezidenti vəzifəsini tutub. O, Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib. Teqlər : #İnterpol Serbiya və Çernoqoriyanın keçmiş prezidentini axtarışa verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstan paytaxtı işıqsız qalıb - YENİLƏNİB Konqresdə Tramp barədə araşdırılma aparılması tələbləri səsləndirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO