Nuri əl-Maliki: `Terrorun, radikalizmin və təkfirçiliyin kökü Səudiyyədədir`

Maide.az-ın məlumatına görə, İraqın sabiq baş naziri və hazırki baş nazirinin müavini Nuri Əl-Maliki islam dünyasında baş qaldıran təkfirçilik cərəyanı, radikalizm və terror addımlarının məhz Səudiyyə Ərəbistanında kral ailəsinə hakim kəsilən vəhhabi alimlərinin fəaliyyətindən doğduğunu bəyan edib
 
"Mən açıq aşkar bəyan edirəm ki, terrorun, radikalizmin və təkfirçiliyin kökü Səudiyyədə olan vəhhabi məzhəbindəndir. " - deyə o, bildirib.
 
Nuri əl-Maliki Səudiyyə krallığının bunun qarşısını almaqda aciz olduğu üçün  bu ölkənin nəzarətə götürülməsini istəyib: "Səudiyyə bunu kontrol edə və nəzarət edə bilmir. Elə isə bu ölkə beynəlxalq cəhətdən nəzarətə götürülməlidir. Belə olmasa, buradakı vəhhabilik Səudiyyənin pullarından qidalanaraq, elə Səudiyyənin məscidul-həramın və müsəlmanların adını ləkələyəcək"
 

Google+ WhatsApp ok.ru