`Əl-Qaidə`nin Xorasan qolunun lideri öldürülüb - Pentaqon

"Xorasan" terror  qruplaşmasının Suriyada döyüşən liderlərindən biri ABŞ HHQ-nin aviahücumu nəticəsində məhv edilib.Maide.az-ın məlumatına görə, bu barədə Pentaqon rəsmisi Ceff Devis məlumat verib.
 
Onun sözlərinə görə, Əl-Qaidənin ən etibarlı simalarından sayılan və 2001-ci ildə 11 sentyabr hadisələrindən əvvəlcədən xəbəri olan Möhsün əl  Fəzli bu ayın 8-də Suriyanın şimalında yerləşən Sərməda bölgəsinə endirilən hava zərbəsi nəticəsində ölüb.
 
Qeyd edək ki, ən axtarılan terrorçular siyahısında olan əl-Fəzlinin ötən ilin sentyabrında da ölüm xəbəri çıxmışdı. Lakin o zaman xəbər təsdiqini tapmamışdı. 
 

Google+ WhatsApp ok.ru