Nuri Əl-Maliki: `Mosulun İŞİD tərəfindən işğal edilməsinin səbəbkarı ABŞ-dır`

Nuri Əl-Maliki: `Mosulun İŞİD tərəfindən işğal edilməsinin səbəbkarı ABŞ-dır`

 
İraqın sabiq baş naziri Nuri Əl-Maliki Mosulun işğal edilməsi hadisəsində ABŞ və Əl-Qaidə terror təşkilatının liderlərindən bəzilərinin yaxın əməkdaşlıq etdiklərini deyib.
 
Deyerler.org xəbər verir ki, Bağdadda İRİB xəbər agentliyinə açıqlama verən Əl-Maliki Mosulun işğalından əvvəl ABŞ ordusunun yüksək rütbəli zabitlərindən bəzilərinin şimali İraqda Əl-Qaidə terror təşkilatı komandirlərinin bəziləri ilə gizlicə görüşərək, Mosulun işğal edilməsini planlaşdırdıqlarını bildirib.
 
Maliki, Mosulun İŞİD tərəfindən işğal edilməsinin əsas səbəbkarının ABŞ olduğunu deyib.
 
Maliki, ABŞ-ın Bağdad və Vaşinqton arasında imzalanan strateji müqavilənin tələbinə əməl etmədiyini və ən pis vəziyyətlərdə İraqa təslim edəcəyini öhdəliyinə götürdüyü silahları vermədiyini bildirib. /

Google+ WhatsApp ok.ru