Nüvə müzakirələrinin yekun addımları AB üçün önəmlidir

Maide.az-ın məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi Federika Mogerini Vaşinqtonda Con Kerri ilə görüşdə İran və 5+1 Qrupunun nüvə müzairələrində əldə olunan irəliləyişlərə toxunaraq bildirib ki, İranla yekun nüvə anlaşmasının əldə olunması istiqamətində yekun addımların atılması Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edir.
 
Con Kerri də bu görüşdə İranın nüvə məsələsini ABŞ və Avropa Birliyinin əməkdaşlığının birinci prioriteti adlandırıb və deyib ki, Avropa Birliyi və BMT-nin nümayəndəsi kimi İranla nüvə müzakirələrində anlaşmanın əldə olunmasına zəminlər yaratdı. ABŞ və Avropa Birliyinin Ukrayna-Rusiya böhranının həlli barədə də əməkdaşlığı bu görüşdə müzakirə olunub. 
 
Con Kerri Moskvanı Minsk anlaşmasının tam icrasına məcbur etmək üçün Rusiya əleyhinə sanksiyaların təsirində Avropa Birliyinin rolunu çox önəmli hesab edib. 
 
Liviya böhranının həllinə kömək, miqrantların Avropa Birliyinə axını da Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru və ABŞ dövlət katibinin görüşündə araşdırılan digər məsələlər olub.

Google+ WhatsApp ok.ru