Suriya: `Türkiyə terrorçulara aktiv dəstək verir`

Suriya hakimiyyəti terrorçu qrupların İdlib və Cisr əş-Şuğura istiqamətlənən hücumlarına türk ordusunun aktiv dəstək verdiyini açıqlayıb. Dövlət televiziyasının xəbərinə görə, Suriya Xarici İşlər Nazirliyi belə deyib. Həmçinin qeyd edilib ki, bu, Suriyaya birbaşa hücumdur.
 
Qeyd edək ki, terror təşkilatı olan “Əl-Qaidə”nin Suriya qolu Nüsra Cəbhəsinin liderliyindəki terrorçular martın sonlarında İdlibi ələ keçirmişdi. Eyni zamanda, Nüsra Cəbhəsi bir neçə gün əvvəl Cisr əş-Şuğuru da nəzarət altına alıb. Onlar Humus bölgəsinə doğru irəliləməyə davam edir.
 
Suriya rəhbərliyi isə Türkiyə və Səudiyyə Ərəbistanını terroristlərə hərbi və maliyyə dəstəyi verməklə günahlandırıb. 
 
Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından bu yana davam edir. Silahlı qarşıdurmalarda 220 mindən çox adamın öldüyü bildirilir.

Google+ WhatsApp ok.ru