Nyu-yorkda müsəlman günü yürüşü keçirilib

Nyu-yorkda müsəlman günü yürüşü keçirilib

ABŞ-ın Nyu-York şəhərində müsəlman günü yürüşü keçirilib.
 
Maide.Az dunyabulteni.net xəbər agentliyinə istinadən xəbər verir ki, yürüşün əsas şüarı "Allah və ölkə üçün" olub. ABŞ-dakı müsəlman icmalarının iştirakı ilə Manhettanda keçirilən yürüşə qatılanlar, sülh mesajları daşıyan plakatlar və müsəlman ölkələrin bayraqlarını qaldırıblar.ş
 
Yürüşə dünyanın bir çox regionundan ABŞ-a mühacirət etmiş müsəlmanlarla yanaşı digər dinlərə mənsub din xadimləri, Nyu-York məclis sədri Melissa Mark Viverito, dövlət müvəkkili Letitia Ceyms də iştirak edib.
 
Oğlu İraqda ABŞ ordusu üçün döyüşərkən öldürülən Pakistan əsilli Xızır Xan, müsəlman günü yürüşündəki  çıxışında, ABŞ vətəndaşı olan müsəlmanlara noyabr ayında keçiriləcək prezident seçkilərində fəal olmağa çağırıb.
 

Google+ WhatsApp ok.ru