Nyu-York sakinlərinə terror aktlarının planlaşdırılması ittihamı irəli sürülüb

Maide.az xəbər verir ki, ABŞ Məhkəməsi iki Amerika vətəndaşına İŞİD terror təşkilatına dəstək və meqapolisdə terror aktlarının planlaşdırılması ittihamını irəli sürüb. 
 
Prokurorluq 20 yaşlı Munter Ömər Salehi Nyu-York ərazisində terror aktı törətməkdə günahlandırıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, İŞİD-in ideyalarından bəhrələnərək bomba düzəldib, meqapolisdə partlayış törətməyə hazırlaşırmış. O həmçinin federal əməkdaşa sui-qəsddə ittiham edilir.
 
Sözügedən ittihamlar həmçinin 21 yaşlı Farid Mumuniyə qarşı da irəli ürülüb. O, hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etmək niyyətində də şübhəli bilinir. Gənc FTB-nin agentinə hücumdan sonra iyunun 17-də öz evində həbs olunub.
 
Əgər ittihamlar sübut olunsa Muminini 85, Salehi isə 65 il həbs cəzası gözləyir. 
 
Son vaxtlar ABŞ-da İŞİD-lə əlaqədar mütəmadi olaraq həbslər həyata keçirilir. Belə ki, dünən də Mississipi ştatında İŞİD-ə qoşulmaq üçün ölkədən çıxmağa hazırlaşan 2 nəfər həbs edilib.

Google+ WhatsApp ok.ru