`Nyu-York Times`ın islamofob başlıqları kəskin şəkildə artıb

Son araşdırmaların nəticələri göstərir ki, "Nyu-York Times" qəzetinin müsəlmanlar əleyhinə və islamofob başlıqları kəskin şəkildə artıb. Belə ki, bu başlıqları oxuyan adi insanın zehnində kiçik bir qruplaşmanın cinayəti bütün müsəlmanların adına yazılır. 
 
Maide.az xəbər verir ki, "Alternet" xəbər portalının verdiyi xəbərə görə, bunu tanınmış siyasi-ictimai müşahidəçi Üseyd Siddiqi deyib.
 
O bildirib ki, Mən bu araşdırmaları başladığım zaman ilk rastlaşdığım mövzu bu qəzetin İslamı və müsəlmanları pis və mənfur şəkildə insanlara çatdırmağa çalışması idi."Əlbəttə bu məni o qədər də təəccübləndirmədi. Məni təəccübləndirən bu oldu ki, bu qəzetdə İslam və xərçəng xəstəliyi müqayisə olunmuş və xərçəngin İslama nisbət zərərinin az olduğunun vurğulanmasıdır." 
 
Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, qəzetin  başlıqlarının  57 faizini  islamdan mənfi imicformalaşdırmaq məqsədiilə "İslam və müsəlmanlara" aid xəbərlər  təşkil edir. ""Nyu-York Times" qəzetində  xərçəng (37 faiz)  və narkomaniya (47 faiz) kimi ümumi bəlalar haqqında xəbər başlıqları isə daha az yer alıb."
 
Siddiqi deyib ki,  "Nyu-York Times" qəzetində  2015-ci ildə  müsəlmanlara aid xəbərlər 2014-cü illə müqayisədə 1000 dəfə artıb və bu məlumatlar əsasən terror qruplaşması İŞİD-lə bağlı məlumatlardır.  "Bu məsələ Qərb mediasının əsas özəlliyidir və yeni məsələ deyil. Bütün Qərb mediası İslam və müsəlmanlar haqqında mənfi imic formalaşdıraraq insanlara çatdırmağa çalışır."  /
 

 

Google+ WhatsApp ok.ru