Obama: “Putin Avropanın birliyinə təhlükə kimi baxır”

ABŞ prezidenti Barack Obama deyir ki, rusiyalı həmkarı Vladimir Putin Avropanın birliyinə təhlükə kimi baxır və ona zərbə vurmağa çalışır.
 
Aprelin 26-da «CBS News»da yayımlanacaq müsahibədə Obama Avropa miqrant böhranını misal gətirib.
 
«Bu böhranın Avropa siyasətində yaratdığı böhrandan, ifrat sağçı millətçiliyi irəlilətməsindən, Avropanın birliyinin parçalanmasını həvəsləndirməsindən Putin sui-istifadə edir», – Obama deyib.
 
«Məncə, o yanılır», – Obama söyləyib. «Ona demişəm ki, əslində, düzgün resept – güclü, birləşmiş Avropanın güclü, irəliyə baxan Rusiya ilə birlikdə olmasıdır. Hələlik, buna tamamilə inanmayıb».
 
Obama müsahibəni Avropaya səfərinin sonunda verib. (azadliq.info)

Google+ WhatsApp ok.ru