Obama: `Bu terakt idi...`

Obama: `Bu terakt idi...`

ABŞ prezidenti Barak Obama Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb. RİA Novosti xəbər verir ki, Ağ Ev rəhbəri bu olayın terror olduğunu bildirib.
 
Qeyd edək ki, hadisənin əsl təfərrüatı hələlik məlum deyil. Orlando şəhərindəki atışma ABŞ-da çoxlu sayda insana atəş açılması ilə bağlı ən qanlı cinayət işidir.
 
Xatırladaq ki, atışma zamanı 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Qırğını törədən əfqan əsilli ABŞ vətəndaşı Ömər Matin öldürülüb.
 

Google+ WhatsApp ok.ru