Bəhreyndə ruhanilərin siyasi fəaliyyətinə qadağa qoyulub

Bəhreyndə ruhanilərin siyasi fəaliyyətinə qadağa qoyulub

Bəhreyndə ruhanilərin siyasi fəaliyyətinə qadağa qoyulub
 
Bəhreyn İnformasiya Agentliyinin verdiyi məlumata görə, Bəhreyn kralı Həmd Bin İsa Ali-Xəlifə bir sərəncam imzalayaraq siyasi cəmiyyətlər barədə qanun maddələrində dəyişikliklər edib və Bəhreyndə dini mərkəzlər və ruhanilərin siyasi fəaliyyətlərinə qadağa qoyub.
 
Bu sərəncama əsasən dini minbərlərdən, çıxışlardan siyasi fəaliyyət məqsədi ilə faydalanmaq, dini mərkəzlərin rəsmilərinin siyasi qurumlarla əlaqədə olmaları qadağandır.
 
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri cümə namazı xütbələrində siyasi məsələlərdən danışdıqlarına görə bir çox ruhaniləri həbs ediblər.
 
Bəhreyn 2011 ilindən xalqın Ali-Xəlifə rejiminə qarşı dinc etirazlarının şahidirdir. Bəhreyn xalqı azadlıq, ədalət və ayrı-seçkiliklərə son qoyulmasını eləcə də hakimiyyətin xalq tərəfindən seçilməsini istəyir.
 

Google+ WhatsApp ok.ru