Obama: Qəzzada mübarizə aparan insanlara simpatiyam var

Maide.az-ın "Anadolu Ajans"a istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Qəzzada çətin şəraitdə mübarizə aparan mülki insanlara böyük simpatiyası olduğunu söyləyib. 
 
Obama ABŞ-Afrika Liderləri Zirvəsinin sonunda təşkil etdiyi mətbuat konfransında sionist rejimin qətliamlarını da öznümüdafiə haqqı kimi dəstəkləyib: "Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzzada çətin şəraitdə mübarizə aparan mülki vətəndaşlara böyük simpatiyam var. O zaman bu sual ortaya çıxır; İsrailin Qəzzanı atəşə tutmamasından və Qəzza xalqının dünyadan təcrid olunmuş vəziyyətdən çıxmasına bir yol tapa bilərikmi? Məncə əldə düsturlar var, ancaq siyasi liderlər tərəfindən risklər tələb olunur. Yenidən qarşılıqlı etibar mühiti yaradılmalıdır, amma son şahid olduğumuz hadisələrdən sonra bu çox çətin görünür. Ancaq ABŞ-ın hazırki hədəfi, atəşkəsin mühafizə edilməsi, Qəzzanın yenidən inşa müddətinə başlaması, İsrail vətəndaşlarının da son bir neçə həftə ərzində baş verdiyinə bənzər raket hücumlarına təkrar məruz qalmayacaqlarından əmin olmasını təmin edəcək tədbirlərin görülməsidir".
 
Qeyd edək ki, iyulun 7-dən başlayan İsrail hücumları nəticəsində Fələstində şəhid olanların sayı ilkin hesablamalara görə, 1900 nəfərə yaxındır. Yaralıların sayı isə 9 mindən çoxdur. 

Google+ WhatsApp ok.ru