Obama İŞİD-ə zərbə endirilməsini təsdiqlədi

ABŞ prezidenti Barak Obama İraqda baş verən böhran barədə çıxış edib. Maide.az-ın xəbərinə görə, Obama ehtiyac olacağı təqdirdə bu axşam İŞİD terrorçularına aviazərbələrə başladılmasına icazə verdiyini bildirib.
 
Amma qəribəsi odur ki, hava zərbələrinə səbəb kimi terrorçuların müstəqil bir ölkənin ərazisini işğal edib, özlərinə dövlət qurmaq istəyinin qarşısının alınması deyil, İraqda olan Amerika vətəndaşlarının və dinc əhalinin təhlükəsizliyi səbəb kimi göstərilir.
 
Qeyd edək ki, BMT TŞ bütün etnik qrupları, o cümlədən İŞİD qruplaşmasını tənqid edən qətnamə qəbul edib.

Google+ WhatsApp ok.ru