Obama müdafiə naziri Çak Heygeli istefaya göndərib

ABŞ prezidenti Barak Obama 2013-cü ildən ölkənin müdafiə naziri vəzifəsində çalışan Çak Heygeli istefaya göndərib.
 
Maide.az xəbər verir ki, Heygel yeni nazir təyin olunana qədər vəzifəsini icra edəcək.
 
Müdafiə naziri postuna əsas namizədlər kimi ABŞ müdafiə nazirinin sabiq birinci müavini Eşton Karter və senator Cek Ridin adları çəkilir. ABŞ mətbuatı istefanı “İŞİD” qruplaşması ilə mübarizədə yeni yanaşmaya ehtiyac ilə əlaqələndirir. 

Google+ WhatsApp ok.ru