Antarktidada ilk dəfə azan veriləcək 24 Noyabr 2014 02:00 Dünya Tarixdə ilk dəfə olaraq Antarktidada azan veriləcək. Bu barədə Tatarıstan Müsəlmanları Dini İdarəsi xəbər verib. Belə ki, bu gün Tatarıstanın Qul-Şərif məscidinin nəzdindəki İslam Mədəniyyəti Muzeyində Antarktidaya yola düşəcək "Antarktida-100" ekspedisiyanın iştirakçılarına Quran nüsxələri verilib. İdarənin Təbliğat şöbəsinin rəhbəri Niyaz Sabirov bildirib ki, Quran nüsxələri Rusiyanın "Bellinshauzen" antarktik stansiyasındakı qütbçülərə çatdırılacaq: "Artıq Quranı Antarktidada da oxuyacaqlar və ilk dəfə olaraq orada azan veriləcək. Mən Quranı ekspedisiyanın üzvü, Rusiya Coğrafiya Cəmiyyətinə Dəstək Fondunun rəhbəri Rüstəm Gilmutdinova verirəm. O, Antarktidada Allaha dua edərək Yer üzündə sabitlik və sülhün bərqərar olmasını istəyəcək". Ümumilikdə Antarktidaya 3 Quran nüsxəsi aparılacaq. Onlardan biri "Bellinshauzen" stansiyasında qalacaq, digərləri isə Kazana qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və İslam Mədəniyyəti Mərkəzinə veriləcək. Qeyd edək ki, "Antarktida-100" layihəsi Kazan Universitetinin rektoru, Antarktidanı ilk dəfə kəşf edən Rusiya ekspedisiyasının (1819-1821) tərkibində yeganə alim olmuş İvan Simonova həsr edilib. Teqlər : #Antarktidada ilk dəfə azan veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Obama müdafiə naziri Çak Heygeli istefaya göndərib Bağdadda törədilən partlayış nəticəsində 10 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO