Obama Suriya üzərində kəşfiyyat uçuşlari etməyə icazə verdi

ABŞ prezidenti Barak Obama Amerika xüsusi xidmət orqanlarına Suriya üzərində kəşfiyyat uçuşları etmək səlahiyyətini verib. Bu haqda ABŞ administrasiya nümayəndələri məlumat verib.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumaıtna görə, ABŞ administrasiya nümayəndələrinin sözlərinə əsasən, İŞİD-lə Suriyada mübarizə aparmaq üçün rəsmi Vaşinqtonun dəqiq məlumata ehtiyacı var və kəşfiyyat uçuşları bu məlumatların əldə edilməsində mühüm rol oynayır.

Suriyanın xarici işlər naziri Vəlid Müəllim deyib ki, Suriya beynəlxalq ictimaiyyətlə İŞİD əleyhinə mübarizə aparmağa hazırdır.

O ABŞ-a xəbərdarlıq edib və deyib ki, terrorizmlə mübarizə üçün hər hansı bir addım Suriya dövləti ilə kordinasiya olunmalıdır. "Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hər hansı bir hava hücumunun təşkili Rəsmi Dəməşqin razılığı ilə olmaldıır. Belə olmazsa bu cür hücumlar Suriyanın suverenliyinin pozulması kimi dəyərləndiriləcək. /
 
 

Google+ WhatsApp ok.ru