Obama Tehrana məktub göndərən respublikaçı senatorları tənqid edib

ABŞ prezidenti Barak Obama İrana xəbərdarlıq edən 47 respublikaçı senatoru tənqid edib. Senatorların xəbərdarlığında deyilirdi ki, Obama ilə hər hansı nüvə razılığı 2017-ci ildə o, hakimiyyətdən gedənədək davam edəcək.
 
Maide.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verərək, respublikaçıların bu addımını ironik adlandırıb.
 
İranın xarici işlər naziri Cavad Zərif də Respublikaçıların məktubunu tənqid edərək bildirib ki, bunun heç bir hüquqi dəyəri yoxdur və təbliğat xarakteri daşıyır.

Google+ WhatsApp ok.ru