Olland Ərəbistanda insan haqlarının pozulmasına münasibət bildirməkdən boyun qaçırdı

Fransa prezidenti əlcəzairli həmkarı ilə keçirdiyi mətbuat konfransında Parisin Ərəbistanda insan haqları pozulmasına sükut etməsi barədə jurnalistin sualına cavab verməkdən boyun qaçırıb.
 
Frans 24 telekanalının verdiyi məlumata görə, bir jurnalist Fransanın Ərəbistanda insan haqlarının pozulması və başın kəsilməsi ilə edam prosesinin davam etməsini tənqid edib və Parisi demokratiya, insan dəyərləri və insan haqları ilə seçimli davranışda suçlayıb. 
 
Fransa prezidenti Fransua olland bu jurnalistə cavabında deyib: Doğrudur ki, Ərəbistanla və Fars körfəzinin digər ölkələri ilə güclü iqtisadi əlaqələri Fransa üçün önəmlidir. Lakin Paris edama qarşı çıxması barədə öz mövqeyini bildirmişdir. 
 
Olland ötən 2 ay yarımda Fransanın Ərəbistanı Yəmənə təcavüzü, sivilləri kütləvi şəkildə qırğın etməsi, infrastrukturları, tarixi abidələri dağıtmasında dəstəkləməsinə toxunmayıb.

Google+ WhatsApp ok.ru