Kürd silahlı dəstələri Suriyanın strateji şəhərini İŞİD terror qruplaşmasından azad edib

Kürd silahlı dəstələri Suriyanın strateji Tel Abyad şəhərini İŞİD qruplaşmasından azad edib. Kürd silahlı dəstələrin komandirlərindən birinin agentliyə verdiyi xəbərə əsasən, terrorçular çoxlu itkilər verərək geri çəkilməyə məcbur olublar. Şəhəri tərk etməzdən əvvəl onlar bir çox binanı və küçələri minalayıblar. Şəhəri istehkamçılar tərəfindən təmizləyənədək sakinlərə evləri tərk etməmək tövsiyə edilib.  
 
Tel Abyad şəhəri hər iki tərəf üçün strateji  əhəmiyyət kəsb edir. Şəhərin İŞİD qruplaşmasından azad olunması nəticəsində Türkiyə sərhədindən İŞİD-in paytaxtı Rakka şəhərinə aparan yol tam nəzarətə alınıb.  

Google+ WhatsApp ok.ru