Olland və Merkel mətbuata açıqlama verdi

Fransa Prezidenti ilə Almaniya kansleri arasında Yunanıstanda referendumun nəticələrinə dair keçirilən müzakirə başa çatıb. Görüşdən sonra iki ölkənin başçısı mətbuata açıqlama verib.
 
Almaniya kansleri Angela Merkel vaxtın azaldığını, Tsiprasın bir qərar verməli olduğunu deyib. Merkel həmçinin yeni müzakirələr üçün şərtlərini müəyyən ediləcəyini də bildirib. Avropa dəyərlərindən danışan Fransua Olland isə öhdəliklərlə həmrəylik arasında tarazlıq qurulmalı olduğunu deyib.Bu gün Yunanıstan böhranı ilə əlaqədar Avrozona sammiti keçiriləcək. Avropa Birliyinə daxil olan bütün ölkələr müzakirələrdə təmsil olunacaq.

Google+ WhatsApp ok.ru