Suriyanın daha bir şəhəri İŞİD-in əlinə keçdi

Maide.az xəbər verir ki, Suriya və İraqda terror küləkləri əsdirən İŞİD qruplaşması Suriyanın şimalındakı Ein İssa şəhərini yenidən ələ keçirib. Şəhərə ağır artilleriya və zirehli texnikalarla hücum edən silahlı qruplaşma  üzvləri əvvəl də bu şəhəri işğal edib. 2 həftə əvvəl Ein İssanı ələ keçirən kürd döyüşçüləri burada çox qala bilməyiblər. İŞİD silahlıları şəhəri ətraf rayonları ilə birlikdə işğal edib. Bir neçə saat davam edən döyüşlərdəki itkilər barədə məlumat verilmir. Ein İssa şəhəri  müdafiə üçün strateji ərazidə yerləşir. 

Google+ WhatsApp ok.ru