Olland Yəmən və Suriya xalqlarının düşmənləri ilə görüşüb, müzakirələr apardı

Fransa Prezidenti Fransua Olland Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz Əl Səud Yəmənin fərari prezidenti Abdurabbu Mansur Hadi və Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyasının sədri Əhməd əl-Cərba ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ayrı-ayrılıqda görüşdüyü bildirilir.
 
Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA yazır ki, Olland ilə Kral Salmanın Kral Sarayında baş tutan görüşündə, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və regionda baş verən proseslər müzakirə olunub.
 
Görüşdə Səudiyyə Ərəbistanı tərəfindən daxili işlər naziri və birinci vəliəhd şahzadə Məhəmməd bin Nayif, müdafiə naziri ikinci vəliəhd şahzadə Məhəmməd bin Salman və xarici işlər naziri Adil bin Əhməd Əl-cubeyr və Fransa tərəfindən xarici işlər naziri Laurent Loran Fabius ilə müdafiə naziri Jean-Yves Odrian da iştirak edib.
 
Ollan Hadi və Cəbra ilə görüşündə də ikitərəfli münasibətlərlə yanaşı Yəməndəki və Suriyadakı son hadisələri müzakirə edib.

Google+ WhatsApp ok.ru