OPEC prezidenti zaminə buraxılıb

Oktyabrın 2-də Londonda saxlanılan OPEC prezidenti Diezani Allison-Madueke zaminə buraxılıb.
 
Maide.az xəbər verir ki, bu barədə TVC News telekanalı məlumat yayıb.
 
Bildirilir ki, OPEC prezidentinin pasportu götürülüb, ona Böyük Britaniyanın ərazisini tərk etmək qadağan edilib. 
 
“Daily Post Nigeria”  qəzeti isə Diezani Allison-Maduekenin Nigeriyanın paytaxtı Abucadakı evinin hüquq-mühafizə orqanları tərəfindən möhürləndiyini bildirib.
 
Qeyd edək ki, OPEC prezidenti vəzifəsinə seçilməmişdən əvvəl D. Allison-Madueke keçmiş prezident Qudlak Conatanın administrasiyasında Nigeriyanın neft resursları naziri vəzifəsində çalışıb. 2014-cü il in noyabrından 2015-ci ilin may ayınadək eyni zamanda nazir və OPEC prezidenti postunu tutub. M.Buhari hakimiyyətə gələndən sonra isə D. Allison-Madueke nazir vəzifəsindən istefa verib. 

Google+ WhatsApp ok.ru