İordaniyada 82 deputat İsrail rejiminin səfirinin deportasiya edilməsini istədi

İordaniyada 82 deputat İsrail rejiminin səfirinin deportasiya edilməsini istədi

İordaniya parlamentində 82 deputat sionist İsrail rejiminin Ammandakı səfirinin geri göndərilməsi və İordaniyanın Təl-Əvivdəki səfirinin də geri çağırılması üçün təklif təqdim edib.
 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, deputat Tamir Binu mətbuata açıqlamasında, 78 deputatın İsrail rejiminin Ammandakı səfirinin deportasiyası və İordaniyanın Təl-Əvivdəki səfirinin də geri çağırılması üçün təklif etdiyini, 4 deputatın da eyni mövzuda ayrı bir təklif verdiyini söyləyib.
 
Təkliflərin parlamentin sədrinə təhvil verildiyini deyən, İordaniya hökumətinin Ammandakı İsrail səfirliyinə aid bir binada keçən ay baş verən cinayət hadisəsini ciddi qəbul etməli olduğunu qeyd edib.
 
Binu hökumətin məsələyə lazım olan əhəmiyyəti verməyəcəyi təqdirdə, parlamentarilərin lazımlı reaksiya verəcəyini qeyd edib: "Açıqlama verilməsi üçün gələn həftə təklif hökumətə çatmalıdır", - deyə o bildirib.
 

Google+ WhatsApp ok.ru