İordaniyalı polislər bəhreynli siyasi məhbusları işgəncə edirlər

Bəhreyn İnsan Haqları Təşkilatı bəhreynli siyasi məhbusların iordaniyalı təhlükəsizlik polisi tərəfindən işgəncə edilməsindən xəbər verib.
 
Bəhreyn İnsan Haqları Təşkilatı bildirib ki, bəhreynli siyasi məhbusların ailələrindən bir çox şikayətlər alıbdır və bu şikayətlər həmin məhbusların "Əlhuz Əlcaf" məhbəsində iordaniyalı polislər tərəfindən işgəncə edilməsindən xəbər verir.
 
Bu təşkilatın cümə günü yayılmış bəyanatında deyilir: Bəhreynli siyasi məhbusların ailələri deyiblər ki, "Əlhuz Əlcaf" məhbəsinin idarə olunmasında iştirak edən iordaniyalı polislər onların övladları ilə çox pis rəftar ediblər; onları döyüblər və fərdi kameralarda həbs ediblər.
 
Bu bəyanatda deylir ki, bəhreynli siyasi məhbuslar zindandaxili nəzarət üzrə xüsusi kameralar əhatəsindən kənar bir məkanda işgəncə edilirlər.
 
Bəhreynli siyasi məhbusların ailələri vurğulayıblar ki, bəzi məhbuslar işgəncələrə etiraz olaraq, altı gün öncədən aclıq elan ediblər.
 

Google+ WhatsApp ok.ru