Rusiyada güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb 11 İyun 2016 01:00 Dünya Rusiyanın Vladivostok vilayətində güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb. "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, ikinci gündür davam edən qeyri-əlverişli hava şəraiti yol nəqliyyat hadisələrinin çoxalmasına səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüntünün pis olması səbəbindən iri avtomobil magistrallarından biri bağlanılıb. "Ötən sutka ərzində "Sedanka-Patrokl" avtomobil yolunda 45 avtomobilin əzildiyi 19 yol nəqliyyat hadisəsi baş verib. Qəzaların hər birinə səbəb sürücülərin görməsini məhdudlaşdıran güclü dumanın olmasıdır" – deyə nazirliyin məlumatında bildirilir. Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional mərkəzinin mətbuat xidmətindən isə bildiriblər ki, qəzanın ən kütləvi olan bu avtomobil yolunda 40 avtomobil toqquşub. Magistral yollarda gecədən xeyli keçənədək yerində FHN və polis dəstələri fəaliyyət göstərib. Xoşbəxtlikdən insan tələfatı olmayıb. Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə hava şəraitinin yaxşılaşması gözlənilmir. Bununla əlaqədar yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Teqlər : #Rusiyada güclü duman səbəbindən 45 avtomobil yol qəzasına düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda məsciddə partlayış törədilib, 3 nəfər ölüb İordaniyalı polislər bəhreynli siyasi məhbusları işgəncə edirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO