Ordumuzun giziri şəhid oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.
 
Maide.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Google+ WhatsApp ok.ru