Orta Asiya ölkələri xarici işlər nazirləri Daşkənddə görüşür

Orta Asiya ölkələri xarici işlər nazirləri Daşkənddə görüşür

Daşkənddə Orta Asiya ölkələri xarici işlər nazirlərinin görüşü keçirilir.
 
Maide.Az Rusiya KİV-lərinə istinadla  xəbər verir ki, Görüşdə regional əməkdaşlığın gələcək inkişafı və möhkəmləndirilməsi perspektivləri müzakirə olunur.
 
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Xarici İşlər nazirliklərinin rəhbərləri Daşkənddəki Orta Asiya Dövlətləri Başçılarının ikinci Məşvərət görüşünə hazırlıqları nəzərdən keçirirlər.
 
Nazirlər həmçinin beynəlxalq gündəm barədə fikir mübadiləsi aparırlar.
 
Xatırladaq ki, Orta Asiya Dövlətləri Başçılarının İkinci Müşavirə Yığıncağı 27 Noyabrda Daşkənddə keçiriləcək.

Google+ WhatsApp ok.ru