ORUCUN HƏQİQƏTİ

İmam Əli (ə) buyurmuşdur:

الصيامُ اجْتِنابُ الَمحارِمِ، كَما يَمْتَنِعُ الرَّجُلُ مِنَ الطَّعامِ وَ الشَّرابِ؛

İnsan yemək və içməkdən çəkindiyi kimi, oruc da günahlardan çəkinməkdir.

(“Mizanul-hikmət”, 5-ci cild, səh. 471, fəsil 2359, hədis 10952.)

 

ŞƏRH VƏ TƏFSİR

İnsan ruh və cisimdən təşkil olduğu kimi, onun yerinə yetirdiyi ibadətlər də ruh və cisimdən ibarətdir. İbadətin cismi hər kəsin dərk etdiyi zahiri əməlləri, ruhu isə onun fəlsəfəsi və onunla bağlı nəzərdə tutulan məsləhətlərdir. Misal üçün, orucun bir cismi var, bir də ruhu. Onun cismi yemək, içmək və orucu batil edən işlərdən çəkinməkdir. Ruhu isə orucu batil edən işlərlə yanaşı, günahlardan qorunmaqdır! Qurani-Kərimin ifadəsi ilə desək, oructutan şəxs orucla ilahi təqva zirvəsinə çatır. (“Bəqərə” surəsinin 183-cü ayəsi buna işarədir.) Aydındır ki, ruhsuz bədən quru heykəldən başqa bir şey deyil!

Buna əsasən, orucu üç qismə bölmüşlər:

1. Yemək, içmək və s. orucu batil edən digər işlərdən çəkinənlərin orucu.

2. Orucu batil edən işlərlə yanaşı, günah və haramlardan çəkinənlərin orucu.

3. Orucu batil edən işlərdən, günah və haramlardan çəkinməklə yanaşı, günah fikrindən belə çəkinənlərin orucu! Yəni bu qismə aid oructutanların dilləri, qarınları, əlləri, ayaqları, göz və qulaqları oruc olduğu kimi, qəlbləri də günahlara qarşı orucdur. Onların düşüncəsində yer tutan isə, yalnız Allah və Onun razılığıdır. Budur orucun həqiqəti!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru