Çox sayda zəvvar Hərəmeyn Əsgəriyeynə (ə) axın edib

11 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadət günüdür

İraq Şiələrinin Vəqflər İdarəsi elan edib ki,  İmam Hadi (ə) şəhadətinin  ildönümü münasibəti ilə Hərəmeyn Əsgeriyeyni (ə) ziyarət etmək üçün çox sayda Əhli-Beyt (ə) aşiqi Samerraya səfər edib. 
Maide.az xəbər verir ki, İraq Şiələrinin Vəqflər İdarəsinin  sədr müavini Sami  əl-Məsudi deyib ki,  ötən  gündən  başlayaraq  İraqın müxtəlif  əyalətlərindən Əhli-Beyt (ə)aşiqləri Samerraya gəliblər.  Hazırda həmin zəvvarlara  xidmət  göstərilməsi və təhlükəsizliklərinin təmini  üçün işlər  davam etdirilir. Zəvvarların sayının ən azı 2 milyon nəfər olduğu bildirilir.
 
Samerra İraqın Səlahəddin əyalətinin böyük şəhərlərindən biridir.  Bu şəhərdə İmam Əli Əl-Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) məqbərəsi  yerləşir. /
 

 

Google+ WhatsApp ok.ru