Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər 10 Oktyabr 2019 06:55 Dünya Moskva və Pxenyan ayın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KXDR-ə səfərinin təşkili imkanlarını araşdırırlar. Səfər zamanı Şoyqu Xalq Silahlı Qüvvələri naziri No Qvan Çxol ilə görüşməyi planlaşdırır. Tərəflərin ABŞ və KXDR arasındakı denuklearizasiya ilə bağlı danışıqları fonunda müdafiə sektorundakı əməkdaşlığı, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. NHK telekanalının məlumatına görə, Pxenyana səfərdən əvvəl Rusiya müdafiə nazirliyinin rəhbəri Çinə də səfər edəcək. Qeyd edək ki, Şoyqu və No Qvan Çxol apreldə Moskva beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində bir araya gəlmişdirlər. /Trend Teqlər : #Şoyqu,#oktyabr,#ayında,#Şimali,#Koreyaya,#səfər,#edə,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada Müsəlman Həkimlər Birliyi yaradılıb Ərbəin zəvvarlarının təhlükəsizliyi belə qorunur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO