Pakistan Əfqanıstanla sərhədini bağladı

Pakistan Əfqanıstanla sərhədini bağladı

Pakistanın cənubunda yerləşən Sind əyalətinin Səhvan-Şəri şəhərində baş verən terror aktından sonra rəsmi İslamabad Əfqanıstanla sərhədini qeyri-müəyyən müddətə bağlayıb. Bu barədə Pakistan ordusunun rəsmi nümayəndəsi Asif Qafur məlumat verib. O, bildirib ki, iki ölkənin sərhədinin bağlanması təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və terrorçuların Pakistana girişinin qarşısını almaq məqsədi daşıyır.
 
Asif Qafur həmçinin qeyd edib ki, Əfqanıstanın Pakistandakı səfiri Müdafiə Nazirliyinə çağrılıb və ölkədə gizlənən 76 nəfərlik siyahı diplomata təqdim olunub.
 
Qeyd edək ki, dünən sufi lideri Şəhbaz Qələndarın məqbərəsi qarşısında törədilmiş terror aktı nəticəsində 75 nəfər həyatını itirib, 250-dən çoxu müxtəlif dərəcəli xəsarət alıb. Onlar arasında çoxlu sayda qadın və uşaqların olduğu qeyd edilir. (faktxəbər)
 

Google+ WhatsApp ok.ru