Pakistan BƏƏ-yə sərt şəkildə etiraz etdi

Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu ölkə daxili işlər nazirinin BƏƏ rəsmilərinin müdaxiləçi mövqeyinə qarşı söylədiyi sərt sözlərin İslamabad rəhbərliyinin rəsmi fikri və mövqeyi olduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi sözçüsü xanım Tesnim Eslem jurnalistlərə müsahibəsində BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Karkaşın sözləri Pakistanın daxili işlərinə müdaxilə xarakteri daşıdığını, İslamabad rəhbərliyinin bu sözləri şiddətlə qınadığını bildirib.
 
Qeyd edək ki, Pakistan daxili işlər naziri Çuderi Nisar Əli Xan BƏƏ-li naziri Pakistanın daxili işlərinə qarışmaması mövzusunda xəbərdar etmişdi. Əli Xan Navaz Şərif rəhbərliyinin yəmənli günahsız insanların qətliamına iştirak etmək istəmədiyini vurğulayıb.

Google+ WhatsApp ok.ru