Pakistanda dəhşətli istilər can aldı

Pakistanda dəhşətli istilər can aldı

-- 65 nəfər həyatını itirib

Pakistanda dəhşətli dərəcədə isti keçən havalar nəticəsində son 3 gündə ən azı 65 nəfər həyatını itirib. 
 
Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki, həyatını itirənlər 6-78 yaşlı insanlardır 
 
Karaçidə havanın temperaturu 45 dərəcəyə çatır. Elektrik enerjisinin olmaması  bu şəhərdə  həyatı daha da çətinləşdirib.  Karaçidə isti hava şəraitinin mayın 23-dək davam edəcəyi  bildirilir. 
 
Xatırladaq ki, 2015-ci ildə Pakistanda şiddətli isti səbəbindən 1300 nəfər həyatını itirmişdi.
 
 
 

Google+ WhatsApp ok.ru