Pakistanda əl-Qaidə `lideri öldürülüb`

London və Nyu York qatarlarında bomba hücumu hazırlamaqda ittiham edilən yüksək rütbəli əl-Qaidə sılahlısı öldürülüb.
Maide.az xəbər verir ki, Ədnan əl Şükrcümənin Pakistanın şimal-qərbində, Əfqanıstan sərhədi yaxınlığındakı bölgədə həyata keçirilən reyd vaxtı qətlə yetirildiyi bildirilir.
ABŞ Federal Təhqiqatlar Bürosu (FBR) Ədnan əl Şükrcüməni əl-Qaidə şəbəkəsinin qlobal əməliyyatlarına cavabdeh şəxs adlandırır.
Səudiyyə Ərəbistanında doğulan Şükrcümə bir neçə il ərzində ABŞ-da yaşayıb.
ABŞ prokurorluğu onu 2009-cu ildə Nyu York metrosunda intihanrçı partlayış hazırlamaqla bağlı həbs edilən qrupu yönləndirən şəxs adlandırıb.
Şükrcümə bir neçə ölkədə basqın hazırlamaqda şübhəli bilinir.
Hərbiyyənin reydi yerli Talibanın fəal olduğu Əfqanıstanla həmsərhəd Vəziristan bölgəsində yer alıb.
Pakistan hərbiyyəsi əməliyyat vaxtı daha iki silahlının öldürüldüyünü bildirir.

Google+ WhatsApp ok.ru