Türkiyədə ibtidai siniflərdə dini dərslər məcburi tədris olunacaq

Türkiyədə orta məktəblərdə məcburi dini dərslər tədris ediləcək.
 
SalamNews-un “Haber7”ə istinadla verdiyi xəbərə görə, 1ci, 2-ci və 3-cü siniflərdə məcburi dini dərslərin keçirilməsi qərarı Türkiyə Mili Təhsil Şurası tərəfindən qəbul edilib. Tövsiyə xarakterli qərar, Milli Təhsil Nazirliyinə təqdim ediləcək.
 
Həmçinin liseylərdə məcburi din dərsinin həftədə bir saat deyil, iki saat keçirilməsi təklifi də şurada səsverməyə çıxarılaraq qəbul edilib.
 
Şuranın qərarına görə, liseylərdə məcburi olması təklif edilən Osmanlıca dərsləri yalnız Anadolu İmam hətib liseylərində məcburi şəkildə tədris ediləcək./

Google+ WhatsApp ok.ru