Pakistanda avtobusun yanması nəticəsində 11 nəfər həlak olub

Pakistanın Dadu əyalətində avtobusun yanması nəticəsində 11 nəfər həlak olub, 34 nəfər yaralanıb, onların 32-nin vəziyyəti ağırdırr. Ölənlərin yeddisi qadın, üçü uşaqdır.
 
Maide.az-ın məlumatına görə, bu haqda Pakistan polisi məlumat yayıb. Məlumatda deyilir ki, toydan qayıdan avtobusun üzərinə yüksək gərginlikli elektrik naqili düşüb və maşın alışıb. Bəy və gəlin başqa maşında olduqlarından onlara xətər toxunmayıb.
 
Pakistanda avtomobil qəzaları tez-tez baş verir. Bu ilin yanvarında ağır yol-nəqliyyat qəzası nəticəsində 62 nəfər həlak olmuşdu.

Google+ WhatsApp ok.ru