Pakistanda etiraz aksiyası zamanı partlayış olub, ölən və yaralananlar var

Pakistanda etiraz aksiyası zamanı partlayış olub, ölən və yaralananlar var

Pakistanın Lahor şəhərində güclü partlayış baş verib.
 
APA-nın “Assosiated Press”ə istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb. 
 
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, üzərində partlayıcı qurğu olan şəxs motosikletini etirazçıların üzərinə sürüb. Aksiya iştirakçıları hökumətin dərman satışına dair qanunvericiliyə etdiyi dəyişikliklərə etiraz ediblər. /

Google+ WhatsApp ok.ru