Pakistanda şiələr yaşayan ərazidə partlayış, ölən var

Pakistanın şimal qərbində yerləşən əsasən şiələrin yaşadığı Paraçinar bölgəsində bomba partladılıb. 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Maide.a-ın məlumatına görə, partlayış məktəbli uşaqları daşıyan avtomobilin yolunda baş verib. Hadisə nəticəsində sürücü və məktəblilərdən biri ölüb. digər 5 məktəbli isə yaralanıb. 

Hələlik heç bir qrup partlayışı üzərinə götürməyib.  

Paraçinar bölgəsi Əfqanıstan sərhədinə yaxın bir bölgədir. Əhalisinin əksəriyyəti şiələrdir. /

Google+ WhatsApp ok.ru