Pakistanda şiələri qətliam edən qrupun başçısı və 4 üzvi həbs olunub – FOTO

Pakistanın Kəraçi şəhərində ötən həftə şiələrin avtobusuna hücum edərək onları qətliam edən qrupun başçısı və 4 üzvü həbs olunub. Bunu Pakistanın daxili işlər naziri Çudri Nisar deyib. 
 
Maide.az xəbər verir ki, Ç.Nisar həbs olunan şəxslərin kimliyi və onların nə zaman həbs olunduqları barədə açıqlama verməyib. 
 
Pakistan KİV-lərinin məlumatına görə isə şiələrin qətilamında məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 
 
Xatırladaq ki, ötən həftənin çərşənbə günü 8 silahlı şəxs motorskletlə Kəraçi şəhərinə gedən yolda şiələrin avtobusunun qarşısını kəsərək, onların avtobusuna atəş açıblar. Hücum nəticəsində avtobusda olan 60 nəfərdən 47 nəfər şəhid olub. Onların arasında bir neçəsi uşaq və qadın olub.  /

Google+ WhatsApp ok.ru