Pakistanda Şiələrə məxsus məscidin partlaması 10 nəfərin həyatına son qoydu

Ötən gün Pakistanın cənub qərbində məsciddə baş verən partlayış nəticəsində ən azı 10 şiə həlak olub.
 
Maide.az xəbər verir ki, Pakistan rəsmiləri bildiriblər ki, bu partlayış Kvetta şəhərindən 170 km cənub qərbdə yerləşən Bəluçistan əyalətinin “Çalqari” şəhərində Məhərrəmlik ayı ilə əlaqədar əzadarlıq məclisində baş verib, nəticədə 12 nəfərə də yaralanıb.
 
Bəluçistan əyalətinin Daxili İşlər Naziri Sərəfraz Buqti deyib ki, kamikadzenin özünü şiələrə məxsus məsciddə partlatması ən azı 10 nəfərin həlak olmasına, daha 12 nəfərin isə yaralanmasına səbəb olub. Bu intihar hücumu nəticəsində ətrafdakı binaların şüşələri partlayışın gücündən sınıb.
 
Pakistan rəsmisinin verdiyi məlumata görə, 10-12 yaşlarında təxminən 10 uşaq həlak olanlar arasında olublar və bir neçə qadın da bu terror hadisəsinin qurbanına çevriliblər.
 
O əlavə edib ki, hadisə qurbanlarının sayı arta bilər.
 
Yerli rəsmilərdən olan Mohəmməd Vasim isə bildirib ki, bu terror hücumunda şübhəli bilinən şəxs təxminən 18 yaşında olub və qadın çarşabına bürünüb.
 
İndiyədək heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib./

Google+ WhatsApp ok.ru