Pakistanda iki qatarın toqquşması nəticəsində 11 nəfər ölüb

Pakistanda iki qatarın toqquşması nəticəsində 11 nəfər ölüb

Xəstəxanaya 11 meyit, 40 yaralı gətirilib
 
Bu gün Pakistanın cənubunda yerləşən Karaçi liman şəhərində iki qatarın toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.
 
"Report" xəbər verir ki, bu barədə həkimlərin məlumatlarına istinadən "Reuters" məlumat yayıb.
 
"Xəstəxanaya 11 meyit və 40 yaralı gətirilib", - deyə şəhər xəstəxanasının həkimlərindən biri bildirib.
 
Agentliyin məlumatına görə, Karaçi ilə digər yaşayış məntəqələri arasında dəmiryolu əlaqəsi kəsilib.
 
"Sinxua" xəbər verir ki, stansiyada dayanan sərnişin qatarına başqa bir qatar çırpılıb.
 
Faciə faktı ilə bağlı araşdırmalara başlanıb. /

Google+ WhatsApp ok.ru