Pakistanda isti hava: 10 nəfər öldü

Pakistanda isti hava: 10 nəfər öldü

Pakistanın müxtəlif bölgələrində son günlər ərzində kəskin istilər nəticəsində günvurmadan ən azı 10 nəfər ölüb. 

Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, havaların həddən artıq isti keçməsi və elektrik enerjisinin verilməsində fasilələrin yaranması, Pakistanın müxtəlif bölgələrində insanlar üçün problemlər yaradıb. 
 
Pakistan Hava proqnozları bürosu elan edib ki, ölkənin əksər regionlarında havanın temperaturu  47 dərəcəyə çatıb, paytaxt İslamabadda isə istilik 45 dərəcə olub.
 
Məlumata görə, isti hava şəraiti daha bir həftə davam edəcək. 
 
Qeyd edək ki, hər il Pakistanda yüzlərlə insan havanın isti olması və elektrik enerjisinin olmamasına görə həyatını itirir. Belə ki, 2  il öncə Kəraçidə istivurmadan 2000 nəfər həyatını itirmişdi.

Google+ WhatsApp ok.ru