Pakistanda nümayişçilər polisi qovdu

Pakistanda 14 avqustda Baş nazir Navaz Şərifin istefası tələbiylə başlayan hökumət əleyhinə aksiyalara qatılan və polislə qarşıdurmaya  girən nümayişçilərin nazirliklərlə parlamentin olduğu qırmızı bölgədəki gözləyişi davam edir.
 
Maide.az-ın məlumatına görə, sakit başlayan, ancaq son dörd gündür polis ilə nümayişçilər arasında tez-tez sıx qarşıdurmalara səhnə olan qırmızı bölgədə  Pakistan Ədalət Hərəkatı (PTI) və Pakistan Xalq Hərəkatı (PAT) tərəfdarları gözləməyə davam edir. Polisin nümayişçilərin sıx hücumlarından sonra dünən geri çəkildiyi qırmızı bölgəyə təkrar girmək istəməsi, qarşıdurmaların yenidən alovlanmasına səbəb olur. 
 
Qarşıdurmalardan sonra gecənin sakit keçdiyi qırmızı bölgədə nümayişçilər yol üzərindəki konteynerləri çıxartmağa çalışır. Dünən nümayişçilər tərəfindən tutulan və yayımı dayandırılan PTV dövlət televiziyası isə yayıma yenidən başlayıb, bina əsgərlər və "Rangers" adlandırılan xüsusi dəstələr tərəfindən qorunur. 

Google+ WhatsApp ok.ru