Pakistanda partlayış baş verib, 11 nəfər həlak olub

Pakistanın cənub qərbində yerləşən Bəluçistan əyalətində bombanın partlaması nəticəsində ən azı 11 nəfər ölüb, 23 nəfər isə yaralanıb.
 
Maide.az xəbər verir ki, bu partlayış Kuveytə şəhərində iş yerindən evə qayıdan fəhlələri daşıyan avtobusdad törədilib.
 
Avtobusda təxminən 50 sərnişin var idi.
 
Hələlik heç bir qruplaşma partlayışla bağlı məsuliyyəti öz üzərinə götürməyib.
 
 Polis orqanlarından bildiriblər ki, bombanın terrorçu tərəfindən avtobusun arxa hissəsində yerləşdirildiyi mümkündür. Onların bildirdiyinə görə, belə bir versiya da irəli sürülür ki, sərnişinlərdən biri bombanı özü ilə avtobusun daxilinə keçirib.
 
Bildirilir ki, yaralılardan 5 nəfərin vəziyyəti ağırdır.  /
 

Google+ WhatsApp ok.ru