Amerika xəstəxanasında yenə silahlı insidet: 2 ölü

ABŞ-ın Minesota Ştatında, Sent Klaud xəstəxanasında baş verən silahlı insident bir polis əməkdaşı və qatilin ölümü ilə nəticələnib.
 
Maide.az xəbər verir ki, ailədaxili münaqişə zəminində şübhəli bilinən şəxs Sent Klaud xəstəxanasında müalicə aldığı zaman, polis şefinin müavini ilə münaqişədən sonra onu güllələyib. Daha sonra isə özü ürək tutması nəticəsində ölüb. 
 
Hadisə şahidlərinin dediklərinə görə, polis şefinin 60 yaşlı müavini Stiven Sendberqin nəzarəti altında şübhəli şəxs qismində xəstəxanada müalicə olunan Deni Hamund səhər saatlarında Sendberqi güllələyib. 
 
Deyilənlərə görə, bu hadisənin ardınca xəstəxananın 2 təhlükəsizlik zabiti və polis şefinin digər müavini, Hamunda elektrik şoku ilə hücum ediblər. Nəticədə, Hamund həyatını itirib.

Google+ WhatsApp ok.ru