Pakistanda partlayış nəticəsində 39 nəfər yaralanıb 06 Avqust 2020 08:48 Dünya Pakistanın Kəraçi şəhərində müxalif "Camaat Ulema-e-İslami" partiyasının mitinqində qumbara partladılması nəticəsində ən az 39 nəfər yaralanıb. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndəsi bildirib. Məlumata görə, bir nəfərin vəziyyəti ağırdır, yaralananların əksəriyyəti yüngül xəsarət alıb. Bütün zərərçəkənlər ən yaxın xəstəxanalara aparılıb, hadisənin səbəbləri müəyyənləşdirilir. Partlayış Hindistanın Cammu və Kəşmir ştatlarının xüsusi statuslarının ləğv edilməsinin və ərazisinə komendant saatı tətbiq edilməsinin birinci ildönümünə həsr olunmuş mitinqdə baş verib. 5 avqust 2019-cu ildə Nyu Deli Cammu və Kəşmir ştatlarının xüsusi statuslarının ləğv edilməsi və bu bölgədə ştatdan daha az hüquqları olan iki inzibati birliklər yaratmaq qərarını elan etdi. İslamabad bu qərarı qınadı, Hindistanla diplomatik münasibətləri pozdu və ölkədəki səfirini xaric etdi. Teqlər : #Pakistanda,#partlayış,#nəticəsində,#nəfər,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qədir-Xum bayramı münasibətilə İmam Əlinin (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib - FOTO Beyrut partlayışının bənzəri 7 ay əvvəl Suriyada olub - Video
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO