Qədir-Xum bayramı münasibətilə İmam Əlinin (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib - FOTO

Qədir-Xum bayramı münasibətilə İmam Əlinin (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib - FOTO

İmam Əlinin (ə) İlahi tərəfindən Peyğəmbərdən (ə) sonra ümmətə imam və rəhbər seçilməsi günü - Qədir-Xum bayramı münasibətilə o həzrətin  mütəhhər hərəminin üzərindəki bayraq dəyişdirilib. 
 
Maide.Az xəbər verir ki, bayrağın dəyişdirilməsi  mərasimi bu gün baş tutub. 
 
Günbəzə “Mən kuntu məvlahu, fəhəza Əliyyun məvlahu!” – “Mən kimib mövlasıyamsa, bu Əli (ə) də onun mövlasıdır!” yazımış bayraq sancılıb.
 
Mərasimdə Hərəmin məsul şəxsləri və xidmətçiləri, müctəhidlərin nümayəndələri və Əhli-beyt (ə) aşiqləri iştirak edib. Mərasimdə Dini ilahilər səsləndirilib.  İştirakçılar koronavirusa yoluxmuş xəstələrin sağalması üçün dua ediblər. 
 
Qeyd edək ki,  İmam Əlinin (ə) mütəhhər hərəmi bayram münasibətilə üzərində müxtəlif yazılar yazılmış parçalar və güllərlə bəzədilib. 
 
Hərəmə yerləşdirilən bütün baner və parçaların üzərində Peyğəmbərdən (s) Qədir Xum hadisəsi  və  eləcədə Həzrə Əlinin (ə) haqqında nəql olunan hədislər yazılıb. 
 
Həmçinin hərəmin müxtəlif eyvan və  səhnləri gül çiçəkləri ilə bəzədilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru